Messi Ronaldunu geridə qoydu

20:31 | 19.09.2018
Messi Ronaldunu geridə qoydu

Messi Ronaldunu geridə qoydu

"Barselona” klubunun hücumçusu Lionel Messi Çempionlar Liqasında qeydə alınan het-triklərin sayına görə rekordu təzələyib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı "Marca” nəşri məlumat yayıb. 

Forvard qrup mərhələsi çərçivəsində Hollandiyanın PSV klubuna qarşı keçirilən qarşılaşmada üç dəfə fərqlənə bilib. Bununla, Messi "Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldunun rekordunu yeniləyib. Ronaldu Çempionlar Liqasında keçirdiyi oyunlarda yeddi dəfə het-trikə imza atmışdı. 

Portuqaliyalı bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Yuventus” - "Valensiya” oyununda meydana çıxacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb