Metronun yeni stansiyalarının istifadəyə veriləcəyi tarix açıqlandı - Ünvanlar

17:28 | 22.02.2019
Metronun yeni stansiyalarının istifadəyə veriləcəyi tarix açıqlandı - Ünvanlar

Metronun yeni stansiyalarının istifadəyə veriləcəyi tarix açıqlandı - Ünvanlar

Bakıda yeni 12 metrostansiyası tikiləcək.

Bu barədə Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib. 

Onun sözlərinə görə, bənövşəyi xətt üzərində olan stansiyanın başlanğıcı "Avtovağzal”, sonu isə Qaraçuxur qəsəbəsində bitəcək.

"Şərti adı "B3” olan bənövşəyi xəttdə yerləşən stansiyalardan biri Cəlil Məmmədquluzadə küçəsində, Hərbi hospitalın yanında inşa edilir. Həmin stansiya 2020-ci ildə istifadəyə veriləcək. Digər stansiyaların tikintisi isə plana uyğun davam edəcək”, - deyə Bəxtiyar Məmmədov bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb