Metropoliten bu şəxsləri işə dəvət edir

18:00 | 16.07.2018
Metropoliten bu şəxsləri işə dəvət edir

Metropoliten bu şəxsləri işə dəvət edir

Bakı Metropoliteni QSC hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir.

QSC-dən Axar.az-a verilən məlumata görə, seçimdə iştirak etmək istəyən namizədlərin yaşı 24-30 arasında olmalıdır. Həmçinin ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı, hərbi mükəlləfiyyətli kişilər, eləcə də qadınlar iştirak edə bilərlər.

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.

İddiaçılar Bakı Metropoliteni QSC rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, "Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi "maşinist” göstərilməlidir.

Elektron ərizələr 10 avqust 2018-ci il tarixinə qədər qəbul edilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb