Metropoliten işçisinin səsi eşidənləri heyran edir - VİDEO

22:17 | 01.04.2018
Metropoliten işçisinin səsi eşidənləri heyran edir - VİDEO

Metropoliten işçisinin səsi eşidənləri heyran edir - VİDEO

İndi sizə Orxan Cabbarov adlı həmin gəncdən danışacayıq. O Bakı Metropolitenində qatar nəzarətçisi işləməklə yanaşı, həm də çox gözəl mahnılar ifa edir. Orxanın ən böyük arzusu gələcəkdə Azərbaycan Milli Konservatoriyasında təhsil almaqdır.


Bu günkü müsahibim neftçi olmasa da, elə o qədər də məsuliyyətli işdə, bakı metropolitenində nəzarətçi işləyir. Orxan Cabbarov 2 ildir ki, Elmlər Akademiyası Metrostansiyasına daxil olan qatarları qəbul-edib, yola salır.


Qaynarinfo xezerxeber.az-a istinadən bildirir ki, bu gənci hər gün bəlkə də minlərlə insan görür. Lakin onun bu istedadından çoxları xəbərsizdir.


Hazırki işinin hədsiz məsuliyyətli olduğunu deyən müsahibim, yorğun iş gününün sonunda mahnı ifa etməklə dincəldiyini deyir. Onun bu bacarığından hətta iş yoldaşları, dostları da xəbərdardır.


Orxan deyir ki, musiqiyə marağı çox böyükdür. Hətta, 2 işi arasında seçim etmək məcburiyyətində qalarsa üstünlüyü musiqiyə verər.


Orxan uşaq ikən 5 illik orta ixtisas musiqi məktəbində təhsil alıb. Ən böyük arzusu gələcəkdə Azərbaycan Milli Konservatoriyasında təhsil almaqdır.
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb