Meyiti tapılan gənclərin kimliyi bilindi- FOTO

11:17 | 25.05.2018
Meyiti tapılan gənclərin kimliyi bilindi- FOTO

Meyiti tapılan gənclərin kimliyi bilindi- FOTO

4 may 2018-ci il tarixində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi ilə sahilə gətirilib və aidiyyəti üzrə təhvil verilib. 

Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğluna aid olduğu müəyyən olunub.

Qeyd edək ki, gənc dostlar avarlıq rezin qayıqla idman məqsədi ilə dənizə çıxıbmış.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb