Milli Şuranın 23 fevral mitinqinə icazə verilmədi - RƏSMİ

17:35 | 20.02.2019
Milli Şuranın 23 fevral mitinqinə icazə verilmədi - RƏSMİ

Milli Şuranın 23 fevral mitinqinə icazə verilmədi - RƏSMİ

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın fevralın 23-də keçirmək istədiyi mitinqə icazə verməyib.

Anews.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, meriyanın imtina məktubu bir qədər əvvəl təşkilatçılardan İbrahim İbrahimli və Rövşən Əhmədliyə təqdim olunub. 

Bu dəfə də mitinqə "yox” cavabı verilməsinin səbəbi eynilə yanvarın 19-da icazə verilmiş mitinqdən sonra baş verən asayiş pozğunluğu, o cümlədən sözügedən mitinqdən sonra 200-dən artıq ayrı-ayrı təşkilat və vətəndaşların mitinqə icazə verilməməsi üçün etdiyi müraciətlər, habelə Bakı şəhər Baş Polis İdarəsinin eyni məzmunlu xahişi olub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM