Millimiz FIFA reytinqində

18:44 | 20.09.2018
Millimiz FIFA reytinqində

Millimiz FIFA reytinqində

FIFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə üç pillə geriləyib.

UEFA Millətlər Liqası çərçivəsində Bakıda Kosovo ilə qolsuz bərabərliyə, səfərdə isə Malta ilə  1:1 hesablı heç-heçə oynayan yığmamız hazırda 1202 xalla 108-ci pillədə qərarlaşıb.

Reytinqə Belçika başçılıq edir (1729,25 xal). Son dünya çempionu Fransa ikinci (1729,12 xal), Braziliya isə üçüncüdür (1663).

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb