Milyarder qızının toyuna 100 milyon xərclədi - FOTO

15:48 | 12.12.2018
Milyarder qızının toyuna 100 milyon xərclədi - FOTO

Milyarder qızının toyuna 100 milyon xərclədi - FOTO

Hindistanın ən varlı adamı Mukeş Ambani 27 yaşlı qız İşunu məşhur biznesmen Ananda Piramala ərə verib. 

Bir neçə gündür başlayan toyun sorağı hələ də səngimək bilmir. Bəy Mukeşin yaxın dostunun övladıdır. Onlar da Hindistanın ən varlı və məşhur ailələrindən biridilər. Bəy və gəlin bir-birini uşaqlıqdan tanıyır. 

Dəbdəbəli toy hətta hind aktrisası Priyanka Çopra ilə Nik Conasın məclisini geridə qoyub. 47 milyard dollar mirası olan Ambani toya 100 milyon dollar xərcləyib. 

Toy əsas məclisdən bir həftə əvvəl başlayıb. Məclisdə Hillari Klinton, Beyons və anası Tina, Ayşvariya Ray da qonaq olublar. Toyda 45 dəqiqə mahnı oxuyan Beyonsun qonorarı gizli saxlanılsa da, ingilis mediası öyrənməyi bacarıb. Müğənninin şəxsi məclislərdə 6 milyon dollar qonorar aldığı bildirilib. 

Qonaqların sayı o qədər çox olub ki, Ambani və Piramal ailəsi 5 beşulduzlu oteli kirayələyib. Bu ərəfədə 100-ə yaxın şəxsi təyyarə Hindistanda hava limanına enib. 

Mukeş təşəkkür üçün 4 gün Udaipur şəhərinin əhalisinə - təxminən 5100 insanın qidalana biləcəyi qədər yemək verib. Mərasim Ambaninin Mumbaydakı 27 mərtəbəli evində keçirilib. Binaya giriş qırmızı təbii qızılgüllərlə bəzədilib.
 

///Axşam.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM