Mingəçevirin yeni başçısı təyinatından DANIŞDI: "Ciddi dəyişikliklər olacaq"

17:57 | 17.12.2018
Mingəçevirin yeni başçısı təyinatından DANIŞDI:

Mingəçevirin yeni başçısı təyinatından DANIŞDI: "Ciddi dəyişikliklər olacaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə  İlham İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

İlham İsmayılov təyinatı ilə bağlı Unikal.org-a açıqlama verib. O, rayonun sosial və iqtisadi həyatında ciddi dəyişikliklərin olacağı proqnozunu verib:

"Mən təyinatımı yüksək etimad kimi dəyərləndirirəm. Bu, cənab prezidentin mənim üzərimə qoyduğu məsuliyyətdir. Çalışacam ki, İlham Əliyevin yüksək etimadını doğruldum. Mingəçevir şəhərinə dövlət dəstəyi var. Şəhərdə quruculuq, abadlıq işləri gedir və bu işlər davam etdiriləcək. Cənab prezidentin siyasəti birmənalı olaraq Mingəçevirdə yüksək aparılıb, bundan sonra da davam etdiriləcək".


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM