Misir çarşısı: məşhur ədviyyat bazarı - FOTO

20:47 | 22.08.2016
Misir çarşısı: məşhur ədviyyat bazarı - FOTO

Misir çarşısı: məşhur ədviyyat bazarı - FOTO

Rüstəm Qasımov

İstanbulun köhnə tərəfində Eminönüdə yerləşən Misir çarşısı Böyük çarşıdan sonra İstanbulun ikinci ən böyük bazarıdır. 

Misir çarşısı 1660-cı ildə Yeni Məscidi tikintisinə maliyyə yardımı funksiyası daşımaq üçün tikilib. Çarşı L hərfi formasında tikilib və 6 qapıdan girişi var. Bazarın damı qurğuşunla örtülüb. 

Bazara Misir adının qoyulmasına səbəb Hindistan ədviyyatının İstanbula Misirdən gətirilməsi olub. Zaman keçdikcə Misir çarşısının ədviyyat çeşidi çoxalıb və təkcə ədviyyatla da məhdudlaşmayıb, baxmayaraq ki, bugünədək bazarda satılan əsas məhsul ədviyyə çeşidləridir. 

Bazara daxil olanda insan buradakı saysız-hesabsız ədviyyə çeşidlərinin ətrindən bihuş olur. Bura ənənəvi şərq bazarını xatırladır, bazarda 80 mağaza fəaliyyət göstərir. Bazarda hər zaman insan qələbəliyi görmək adi haldır, turistlər də həmçinin buraya axın edirlər. 

Mısır çarşısından hazırladığımız fotosessiyanı təqdim edirik. 

Xo seyrlər: 
 









































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb