Moskva NATO-nun ŞOK PLANINI açıqladı: “Onlar Avropada...”

13:30 | 18.10.2018
Moskva NATO-nun ŞOK PLANINI açıqladı: “Onlar Avropada...”

Moskva NATO-nun ŞOK PLANINI açıqladı: “Onlar Avropada...”

Ukrayna Azov dənizində NATO ilə birgə təlimlər keçirə bilməyəcək, çünki, bunun üçün Rusiyanın razılığı tələb olunur.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "RT France”, "Paris Match” və "Figaro”ya verdiyi müsahibəsində bildirib.

"İndi Ukrayna Azov dənizinə NATO təlimlərini çağırmaq istəyir, amma orada birgə təlimlər keçirilə bilməz. Çünki, Ukrayna ilə müqaviləmiz Azov dənizinə hərbi gəmilərin keçidi üçün ikitərəfli razılıq tələb edir”, - Rusiyanın xarici siyasət idarəsinin başçısı deyib.

Rusiya diplomatiyasının başçısının sözlərinə görə, NATO Rusiyanın sərhədlərində silah yığmağa davam edir:

"Avropada nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə kökləniblər ki, Amerikanın və yəqin ki, NATO-nun başqa ölkələrinin ağır silahlarını sərhədlərimizə çatdırmaq daha asan olsun”, - Lavrov deyib.

Qeyd edək ki, hazırda Ukrayna NATO ölkələri ilə birgə hərbi təlimlərdə iştirak edir. "Clear Sky 2018” təlimlərində səkkizi NATO üzvü olmaqla doqquz ölkə cəlb olunub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb