Moskvada polisi avtomobillə vurub qaçan azərbaycanlı saxlanılıb

18:00 | 21.03.2018
Moskvada polisi avtomobillə vurub qaçan azərbaycanlı saxlanılıb

Moskvada polisi avtomobillə vurub qaçan azərbaycanlı saxlanılıb

Moskvada Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşının avtomobillə vuran azərbaycanlı saxlanılıb.
 
APA-nın "Moskva" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə martın 18-də axşam Komsomol meydanında baş verib.
 
Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşı "Hyundai Solaris" markalı avtomobili sənədləri yoxlamaq üçün saxlayıb. Sürücü polisin müşayiəti öz avtomobili ilə polis bölməsinə getməyə razılaşıb. Ancaq tezliklə aradan çıxmaq istəyən sürücünün qarşısını patrul avtomobilindən çıxan polis kəsmək istəyib. Ancaq sürücü avtomobillə polisi vurub və aradan çıxıb. Yerə yıxılan polis əməkdaşı əlindən xəsarət alıb. Sürücü hadisə yerindən qaçsa da, bu gün saxlanılıb.
 
Azərbaycan əsilli sürücüyə hakimiyyət nümayəndəsinə zorakılıq tətbiq olunması maddəsi ilə cinayət işi açılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb