“Muhteşem Yüzyıl”ın aktyoru həbs olundu

23:48 | 22.03.2018
“Muhteşem Yüzyıl”ın aktyoru həbs olundu

“Muhteşem Yüzyıl”ın aktyoru həbs olundu

Türkiyənin ən çox izlənilən seriallarından olan "Muhteşem Yüzyıl”da "Behram Paşa” xarakterini canlandıran aktyor Adnan Koç həbs olunub.

Minval.İnfo Yenicag.az-a istinadən xəbər verir ki, o, "Esaretim Sensin” serialında "Emir Ağa” rolunu canlandıran aktyor Mehmet Hayri ilə birlikdə polis tərəfindən təşkil olunan narkotik əməliyyatı zamanı saxlanılıb.

Koçun üzərində axtarış aparılarkən onda kokain aşkarlanıb. Bundan başqa Adnan Koçun 3 qardaşı və bir dostu da saxlanılıb.

İddiaya görə, aktyor və yaxınları Sinan B. adlı şəxsdən narkotik maddə alan zaman polis tərəfindən saxlanıblar.

Faktla bağlı araşdırma başlanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM