Ümumi daxili məhsul istehsalı azalıb

17:00 | 17.11.2017
Ümumi daxili məhsul istehsalı azalıb

Ümumi daxili məhsul istehsalı azalıb

2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 56481,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz az ümumi daxili məhsul istehsal edilib.

Anews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,1 faiz artıb, neft sektorunda isə 6,0 faiz azalıb.

Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,7 faiz təşkil edib. Əlavə dəyərin 40,2 faizi sənayedə, 10,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8 faizi tikinti, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə, 16,7 faizi isə digər sahələrdə istehsal olunub.

Məhsula və idxala xalis vergilər ÜDM-nin 7,3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5806,7 manata bərabər olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM