Murad Boz yeni filmini Bakıda təqdim etdi - FOTOLAR

11:15 | 06.01.2017
Murad Boz yeni filmini Bakıda təqdim etdi - FOTOLAR

Murad Boz yeni filmini Bakıda təqdim etdi - FOTOLAR

Türkiyənin tanınmış müğənnisi Murad Boz, türkiyəli aktrisalar İrem Sak və Yasemin Allen Bakıda yeni filmlərini təqdim edib.

ANN.Az xəbər verir ki, "Dönerse senindir” filminin təqdimatı üçün Bakıya gələn məşhurlar əvvəlcə jurnalistlər üçün kiçik brifinq keçirərək media nümayəndələrinin suallarını cavablandırıb. Məşhurlar Bakını çox bəyəndiklərini bildirib.

Daha sonra tamaşaçılarla birgə filmi izləyən aktyorlar tamaşaçıların filmi bəyənəcəklərini bildirib.

Filmin nümayişindən sonra media nümayəndələri üçün geniş mətbuat konfransı keçirilib.

Murad Boz Bakıya növbəti dəfə gəlməkdən məmnun olduğunu bildirib: 

"Bakını çox sevirəm. Artıq ikinci filmimizin təqdimatı üçün Bakıya gəldik. Film əsasən, sevgidən bəhs edir. İnanıram ki, filmi hər kəs bəyənəcək. Hər zamankı kimi indi də çox gözəl qonaqpərvərliklə qarşılaşdıq. Tamaşaçıların böyük sevgisi üçün təşəkkür edirəm".

M.Boz bildirib ki, filmin bir neçə gün əvvəl İstanbul şəhərində təqdimatı keçirilib. Bakıdan sonra isə Antalya şəhərində təqdimat keçiriləcək.

Qeyd edək ki, Murad Boz 2014-cü ildə "Hadi inşallah” filminin təqdimatı üçün Bakıya gəlmişdi.

Məqalənin və fotoların müəllifi: Kamil Əmirli
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb