• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Musiqiçi olan azərbaycanlı nazir və məmurlar: Onlar kimlərdir?

Musiqiçi olan azərbaycanlı nazir və məmurlar: Onlar kimlərdir?
05.11.2018 15:45
Hansı statusda olmasından asılı olmayaraq, hər kəsin öz maraq dairəsi və hobbisi var. Hazırda yüksək vəzifə daşıyan məmurlar arasında paralel olaraq yaradıcılıqla məşğul olanlar az deyil. Bu da cəmiyyət tərəfindən müsbət qarşılanır. 
 
Mahnı bəstələyib, həmin mahnılara söz müəllifliyi edən məmurlarla bağlı araşdırma aparıb.


Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev də musiqiyə xüsusi marağı ilə seçilən məmurlardandır. Azərbaycanın Milli Qəhrəmanı məharətli gitara ifası ilə qəlblərə yol tapıb.
 
Məclislərdən birində DTX rəisi gitarada məharətlə ifa edib və rus dilində mahnı oxuyub. Onun bu ifası ictimaiyyətin böyük marağına səbəb olub və rəğbətlə qarşılanıb. Xatırladaq ki, Mədət Quliyev incəsənət və idmanla da məşğul olur.

 

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov "Kamal” təxəllüsü ilə bəstələr yazır. Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların bəstəsi ona məxsusdur.
 
Bu sırada məşhur müğənnilər Alim Qasımov, Nəsibə Abdullayeva, İlhamə Quliyeva, Aygün Kazımova, İlqar Muradov, Aygün Bəylər, Röya Ayxan və digərlərini misal göstərmək olar. Bəstələrinin sözlərinin bəzisi Leyla Əliyevaya, bəziləri Baba Vəziroğluna məxsusdur.
 
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bir çox mahnıların söz müəllifidir. Dədə Şəmşir ocağının davamçısı C.Qurbanov "Dünya qəmli nağıl imiş” adlı kitabın müəllifidir.
 
Onun sözlərinə yazılmış musiqiləri tanınmış ifaçılardan Röya Ayxan, Gülyanaq Məmmədova və digərləri ifa edib. QSC sədri eyni zamanda aşıq sənətinə xüsusi maraq göstərir və bu sənətin inkişafına öz dəstəyini verir.

 
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycanın, Türkmənistanın xalq, Dağıstanın isə əməkdar artistidir. Musiqiçi ailəsində dünyaya göz açan Polad Bülbüloğlu özünəməxsus ifa tərzi ilə milyonların sevgisini qazanıb.
 
Özünə soyad kimi atasının – opera müğənnisi Bülbülün adını götürən P.Bülbüloğlu onlarla filmdə rol alıb, yüzlərlə ifası ilə məşhurluq qazanıb. Uzun müddət Mədəniyyət naziri işləyən səfir kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema v. s. əsərlərin müəllifidir.

 
Milli Məclisin deputatı Qənirə Paşayevanın yazdığı şeirlərə müxtəlif bəstələr yazılıb. Sevinc Tofiqqqızı və digər bəstəkarların millət vəkilinin sözlərinə yazdığı musiqilər cəmiyyətdə böyük populyarlıq qazanıb.
 
Müğənillərdən Aybəniz Haşımova, Gülyanaq Məmmədova, Firuzə İbadova, Ayaz Qasımov, Niyam Salami və digərləri Qənirə Paşayevanın sözlərinə yazılmış bəstələri ifa ediblər.

Azxeber.com

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Eldar Əzizov müşavirə keçirib
Cəmiyyət 14:22
Eldar Əzizov müşavirə keçirib
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Cəmiyyət 13:25
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Cəmiyyət 13:03
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:14
Sabah yağış gözlənilir - Hava proqnozu
Bakıda evdən 10 min pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Cəmiyyət 12:01
Bakıda evdən 10 min pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Bakıda polis əməliyyat keçirib, 44 kq narkotik vasitə aşkarlanıb
Cəmiyyət 11:32
Bakıda polis əməliyyat keçirib, 44 kq narkotik vasitə aşkarlanıb
Azərbaycanda peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsinə start verilib
Cəmiyyət 11:05
Azərbaycanda peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsinə start verilib
BDYPİ növbəti dəfə valideynlərə xəbərdarlıq edib
Cəmiyyət 10:02
BDYPİ növbəti dəfə valideynlərə xəbərdarlıq edib
Bakının iki rayonunun bəzi ərazilərində qaz kəsiləcək
Cəmiyyət 09:22
Bakının iki rayonunun bəzi ərazilərində qaz kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol