• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Musiqili Teatrın aktyoru Novruz Qartalla görüş keçirildi - Fotolar

Musiqili Teatrın aktyoru Novruz Qartalla görüş keçirildi - Fotolar
04.03.2015 13:38

İncəsənət Gimnaziyasında Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartalla görüş keçirilib.
 
 
ANN.Az xəbər verir ki, Musiqili Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, tədbirdə Gimnaziyanın direktoru Mahizər Şabanbəyova, şöbə müdiri Hicran Sadıqzadə, rejissor Əliheydər Şahbazov və başqaları çıxış edərək Novruz Qartalın həyat və sənət yolundan söz açıblar.
 
Tanınmış parodiya ustası Həsən Cəbrayılov N. Qartalla birlikdə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə əsgərlər üçün təşkil olunan konsertlərlə bağlı maraqlı xatirələrini bölüşüb. Sonra gimnaziyanın şagirdləri Nəzrin Fəttahova, Amil Rüstəmov, Sara Tağızadə, Toğrul Əliyev, Selcan Xudiyeva, Mirbaba Salayev, Əvəz Sadıqzadə, Elmir Məmmədli və başqaları "Göyçək Fatimə”, "Vaqif” əsərlərindən parçalarla, müxtəlif musiqi və rəqs nömrələri, yumoristik səhnəciklərlə çıxış ediblər.
 
Gimnaziyanın xanəndəlik kursunun şagirdi Nüşabə Kərimovanın çıxışı isə tədbirə xüsusi rəng qatıb. Sonda Novruz Qartalla birlikdə Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev və İncəsənət Gimnaziyasının şagirdi Ləman Rəhimli "Hərənin öz ulduzu” (S. Rüstəmov, İ. Məlikzadə), "Durna” (S. Rüstəmov, S.Rüstəm) tamaşalarından parçaları nümayiş etdiriblər.   
 
ANN.Az
 








Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünyada ən çox satılan kitablar
11:12
Dünyada ən çox satılan kitablar
Milad bayramında izlənəcək ən  yaxşı 10 film
11:02
Milad bayramında izlənəcək ən yaxşı 10 film
Azərbaycan teatrında ilk dəfə - Fotolar
09:22
Azərbaycan teatrında ilk dəfə - Fotolar
06:40
"Qadınlığın simvolu" vəfat etdi - VİDEO
Kikabidze Bakıda konsert verdi
06:17
Kikabidze Bakıda konsert verdi
Stalinin ev muzeyi - Fotolar
06:06
Stalinin ev muzeyi - Fotolar
“Hasarın o üzü” Şamaxıya gedir... - Fotolar
06:06
“Hasarın o üzü” Şamaxıya gedir... - Fotolar
“Toya bir gün qalmış” komediyasının premyerası olacaq - Fotolar
06:06
“Toya bir gün qalmış” komediyasının premyerası olacaq - Fotolar
Gənc Tamaşaçılar Teatrında teatr – məktəb əlaqələri genişlənir...
06:06
Gənc Tamaşaçılar Teatrında teatr – məktəb əlaqələri genişlənir...
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol