Müslim Maqomayevin "qızı" qardaşı oğlunu döydü - VİDEO

22:11 | 21.03.2018
Müslim Maqomayevin

Müslim Maqomayevin "qızı" qardaşı oğlunu döydü - VİDEO

Dmitri Şepelevin "Əslində" ("На самом деле") verilişi yenidən xalq artisti Müslim Maqomayevlə eşq yaşadığını və ondan qızı olduğunu iddia edən İrina Korotkovaya həsr olunub.

Axşam.az xəbər verir ki, Korotkova proqramda qızı Veronikanın atasının azərbaycanlı müğənni olduğunu iddia etmişdi. Layihə əməkdaşlarının köməkliyi ilə Veronika DNT analizinə göndərilib və məlum olub ki, onun atası M.Maqomayev deyil. Maqomayevin qohumları onlarla heç bir əlaqəyə girmək istəmədiklərini bildiriblər.

Maqomayevin qardaşı analizlər verərək, İrinanın yalanını bir daha ortaya çıxarıb. Amma Korotkova onun sözlərinin yalan olduğunu deyib və qəbrin açılmasını tələb edib.

Müğənninin qardaşı övladı Yuri Maqomayev şəxsi dedektiv tutaraq, Veronikanın əsl atasının kim olduğunu axtarıb və İrinanın keçmişini araşdırıb. Verilişin növbəti buraxılışında bu haqda geniş məlumat verilib.

Yuri bildirib ki, ailəsinin adının bu yalançılarla birlikdə çəkilməsini istəmir. Bundan sonra studiyaya Veronika daxil olaraq, Yuriyə hücum edib və onu döyüb. Müğənninin qohumları bildirib ki, İrina yüngül həyat tərzi sürüb.

Maqomayevin bacısı Tatyana da bir neçə sirlər açıqlayıb. O, İrinanın kafelərdə içib sərxoş olduğunu deyib.

Daha sonra studiyaya Veronikanın gerçək atası Konstantin Sokolov gəlib. Ekspertlər onun İrina ilə münasibətinin olduğunu araşdırıblar. Onun Müslümlə münasibətdə olduğu vaxtlarda başqa kişilərlə də görüşdüyü ortaya çıxıb.

DNT analizindən sonra Veronikanın atasının Konstantin olduğu sübut edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb