• $ 1.7
  • € 2.0154
  • ₽ 0.02043
  • ₺ 0.0412
  • £ 2.3192

Nabranda ayağını itirən uşaq yeriməyə çalışır

Nabranda ayağını itirən uşaq yeriməyə çalışır
13.02.2014 14:24
Nabrandakı istirahət mərkəzindəki hovuzda üzərkən su nasosunun sovurması nəticəsində ayağı qopan 4 yaşlı İmran Cəfərzadənin "Bavaria" reabilitasiya mərkəzində fizioterapiya kursları davam edir. Bunu ANS PRESS-ə açıqlamsında Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat ataşesi Vüqar Qafarov deyib. Onun sözlərinə görə, hazırda həkimlər İmranın müxtəlif sınaq protezlərin köməyilə yeriməsinə nail olmağa çalışırlar: “İmranın dizdən aşağı qopmuş ayağının protez vasitəsilə hərəkətliyi təmin olunduqdan sonra onun ayağına fərdi qaydada uyğunlaşdırılmış protez qoyulacaq. Bundan sonra İmranın müalicəsinə rəhbərlik edən "Charite" klinikası məqsədəuyğun hesab edərsə, İmran Azərbaycana geri qayıda bilər. Geri qayıtmaq üçün konkret vaxt hələ ki, söylənilməyib”. O, İmranın fiziki və psixoloji durumu normal olduğunu da söyləyib. Qeyd edək ki iyulun 21-də Xaçmaz rayonunda yerləşən “Nabran Holiday Village” akvaparkının hovuzunda çimərkən 3 yaşlı İmran Cəfərzadə işə düşən və üzəri açıq olan su nasosuna sovrulub. Nəticədə körpənin bir ayağı qopub, digərində isə ciddi zədələr meydana gəlib. Hazırda İmran Cəfərzadənin müalicəsi prezidentinin xüsusi göstərişi ilə Almaniyada davam etdirir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sosial şəbəkədə azyaşlı övladına qarşı zorakılıq edən qadın məsuliyyətə cəlb olunub
Cəmiyyət 20:28
Sosial şəbəkədə azyaşlı övladına qarşı zorakılıq edən qadın məsuliyyətə cəlb olunub
Şəmkirdə iki yük maşını toqquşub, xəsarət alanlar var
Cəmiyyət 20:12
Şəmkirdə iki yük maşını toqquşub, xəsarət alanlar var
Onlayn qumar oyunları təşkil edən şəbəkə ifşa olunub - Video
Cəmiyyət 18:53
Onlayn qumar oyunları təşkil edən şəbəkə ifşa olunub - Video
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 18:19
Sabah bu ərazidə qaz olmayacaq
Külək və yağışla bağlı- Xəbərdarlıq
Cəmiyyət 17:39
Külək və yağışla bağlı- Xəbərdarlıq
Tədris ili üzrə peşə təhsil müəssisələrinə qəbul olanların sayı açıqlanıb
Cəmiyyət 17:28
Tədris ili üzrə peşə təhsil müəssisələrinə qəbul olanların sayı açıqlanıb
Səkkiz ayda 2 min nəfərə yaxın şəxsin narkoman olması təsdiqlənib
Cəmiyyət 15:51
Səkkiz ayda 2 min nəfərə yaxın şəxsin narkoman olması təsdiqlənib
İlin ilk 8 ayında 5,9 ton narkotik vasitə müsadirə edib
Cəmiyyət 15:47
İlin ilk 8 ayında 5,9 ton narkotik vasitə müsadirə edib
Narkotik istifadəçilərinin İİV-ə yoluxma sayı açıqlanıb
Cəmiyyət 15:45
Narkotik istifadəçilərinin İİV-ə yoluxma sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol