"Nar TV” xidmətinə qoşulan yeni abunəçilər indi TV tüner cihazını pulsuz əldə edəcəklər.
"Qafqazinfo”nun məlumatına görə, yalnız bir TV tüner kifayət edir ki, abunəçilər yüksək keyfiyyətli rəqəmsal TV xidmətindən yararlana bilsin. Xidmətə qoşulmaqla abunəçilər usta axtarışı, anlaşılmaz menyu və vaxt itkisi kimi çətinliklərdən azad olur.
"Nar TV” xidməti istifadəçilərə 60-dan çox kanalı yüksək keyfiyyətdə izlmək imkanı verir. Kanallar idman, kino, xəbər və əyləncə kimi geniş mövzuları əhatə edir və Azərbaycan, ingilis, türk və rus dillərində yayımlanır.
Kampaniya sentyabr ayının sonunadək davam edəcək. "Nar TV” xidmətinin aylıq abunə haqqı cəmi 10 AZN-dir. "Nar TV” xidməti Naxçıvan şəhərində fəaliyyət göstərir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !