NATO Qarabağda müharibəyə qarşıdır

15:29 | 20.09.2018
NATO Qarabağda müharibəyə qarşıdır

NATO Qarabağda müharibəyə qarşıdır

NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb.

Anews.az Trend-ə istinadla xəbər verir ki, bunu jurnalitlərə açıqlamasında alyansın baş katibinin müavini Rouz Qottemüller deyib:

"Biz ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan prezidentlərinə münaqişənin sülh yolu ilə həllində göstərdiyi dəstəyi alqışlayırıq”.

R.Qottemüllerin sözlərinə görə, NATO Azərbaycan kimi tərəfdaşı olmaqdan məmnunluq duyur:

"Biz Azərbaycanın maraqlarına cavab verən layihələrdə birgə işləyirik. O cümlədən, müdafiə sahəsində təsisatların inkişafında birgə layihələrimiz var. Hesab edirik ki, bu layihələr Azərbaycanın dünya birliyinin aparıcı üzvü kimi inkişafında böyük rol oynayacaq”.

NATO rəsmisi ABŞ-ın Əfqanıstandakı sülhməramlı əməliyyatlarında Azərbaycanın vacib rolunu yüksək qiymətləndirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM