Nazir Sahil Babayevə yeni vəzifə verildi

22:23 | 18.12.2018
Nazir Sahil Babayevə yeni vəzifə verildi

Nazir Sahil Babayevə yeni vəzifə verildi

Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" texniki yardım layihəsini imzalamaq səlahiyyətinin verilməsi barədə" sərəncam imzalayıb.

Sonxeber.az-ın məlumatına görə, sərəncama əsasən Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" texniki yardım layihəsini Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə verilib.

Xarici İşlər Nazirliyinə göstərilən texniki yardım layihəsini Azərbaycan Hökuməti adından imzalamaq səlahiyyətinin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə verildiyi barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına bildiriş göndərmək tapşırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb