Nazir zəlzələ bölgəsində - FOTOLAR

14:52 | 06.06.2018
Nazir zəlzələ bölgəsində - FOTOLAR

Nazir zəlzələ bölgəsində - FOTOLAR

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunun Əliabad qəsəbəsində ötən gün baş vermiş zəlzələnin nəticələri ilə tanış olduqdan sonra Çobankol kəndinə gəlib.

Fövqəladə hallar naziri, rayon rəhbərliyi və əlaqədar dövlət qurumlarının rəsmiləri burada qəzalı vəziyyətə düşmüş həyət divarına və fərdi evə baxış keçiriblər. Nazir təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlarını verib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunda zəlzələdən zərərçəkən ərazilərə baxış keçirir. Kəmaləddin Heydərov nazirliyin digər rəhbər şəxsləri ilə birlikdə əvvəlcə Əliabad qəsəbəsinə baş çəkib. Nazir yeraltı təkanlardan zərərçəkmiş digər məntəqələrdə də olacaq.

Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Rayon fövqəladə hallar komissiyasından bildiriblər ki, yerlərdən daxil olan ilkin məlumatlara görə, yeraltı təkanlar nəticəsində rayonun Əliabad qəsəbəsində, Suvagil, Mamrux və Yuxarı Çardaxlar kəndlərində əvvəlki zəlzələlər zamanı qəzalı vəziyyətə düşmüş köhnə tikililərin, tövlələrin divarlarındakı çatlar genişlənib, bəzi evlərdə çatlar əmələ gəlib, həyətlərin hasarları uçub.

Hazırda rayon fövqəladə hallar komissiyası yerli icra nümayəndəlikləri ilə birlikdə zəlzələ nəticəsində dəymiş zərəri müəyyənləşdirmək üçün yerlərdə araşdırmalar aparır. (AzərTAc)
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM