Nazirimiz amerikalı siyasətçiyə piti qonaqlığı verdi

16:27 | 23.10.2017
Nazirimiz amerikalı siyasətçiyə piti qonaqlığı verdi

Nazirimiz amerikalı siyasətçiyə piti qonaqlığı verdi

Uorlik milli yeməklərimizi çox bəyənib.

ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Ceyms Uorlik iki gündür ki, Bakıdadır. 

O, dövlət başçısı İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla görüş keçirib. 

Oxu.Az xəbər verir ki, Uorlik Tvitter-dəki şəxsi səhifəsində Bakıya səfəri barədə bir neçə "tvit” yerləşdirib.  

Amerikalı siyasətçi Azərbaycanın xarici işlər naziri ilə birgə nahar  etmələrindən yazıb.

"Azərbaycanın xarici işlər naziri ilə əla nahar etdim –"piti” yedim. Quzu əti mükəmməl idi!" (I had a wonderful Azerbaijan lunch of "piti” with the Azerbaijan Foreign Minister. The lamb was great!).

Uorlikin daha bir "tviti” belə səslənir:

"Bakıda belə gözəl xalçaları haradan tapa bilərəm?.. Ənənəvi Azərbaycan xalçaları, əl işi...” (Where do I find such beautiful carpets in Baku? ... Azerbaijan's traditional handmade carpets).

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb