Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, atmosferə atılan tullantılarla görə 17 restoran bağlanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində işlər görülür:
"Bunlar Bakıda "Arzu”, "Mega Palace”, "Gilavar”, "Kəndimiz”, "Şahzadə” və "Çanaqqala”, Sumqayıtda isə "Qubadlı”, "Dan Ulduzu”, "Tural”, "Sumqayıt”, "Qərb sarayı”, "Dədə Qorqud”, "Ülvi”, "Love Palace”, "Green house”, "Savalan” və "Səmayə” ictimai iaşə obyektləridir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !