Neft anbarında partlayış

21:23 | 20.07.2018
Neft anbarında partlayış

Neft anbarında partlayış

İranın qərbində yerləşən neft anbarında meydana gələn partlayış nəticəsində iki nəfər həlak olub, daha iki nəfər itkin düşmüş hesab edilir.

Bizimyol.info Oxu.Az-a istinadla xəbər verir ki, partlayışdan sonra Xomeyn şəhərinin elektrik stansiyası yaxınlığında güclü yanğın baş verib.

Hadisə yerinə Ərak şəhərindən cəlb olunan yanğınsöndürənlər briqadasının rəhbəri bildirib ki, yanğının ciddi fəsadlara yol açacağı istisna olunmur. Bu səbəbdən də əhaliyə hadisə zonasına yaxınlaşmamaq tövsiyə edilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb