• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

"Neftçi" 3 futbolçusunu əsas heyətdən kənarlaşdırdı

09.05.2015 10:14
 Topaz Premyer liqasının 33-cü turu çərçivəsində "İnter”ə 0:4 hesablı məğlubiyyətlə bitən oyundan sonra "Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə klubun bazasında təcili toplantı keçirlib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, toplantıda şura üzvləri Cəbrayıl Cəbrayılov, Mübariz Zeynalov, Səməd Qurbanov, Zaur Qəhrəmanov eləcə də icraçı direktor Elnur Məmmədov, icraçı direktorun müavini Mübariz Xudiyev, komandanın baş məşqçisi Arif Əsədov və idman direktoru Vəli Qasımov da iştirak edib.

Ümumi müzakirələrdən sonra son turlarda komandanın sərgilədiyi oyunlar nəzərə alınaraq, futbolçular – Rauf Əliyev, Mirhüseyin Seyidov və Elvin Yunuszadənin əvəzedici komandaya göndərilməklə transferə çıxarılmasına qərar verilib.
Komandanın əcnəbi futbolçularının müqaviləsinin uzadılıb-uzadılmayacağına isə son oyunların nəticələrinə əsasən qərar veriləcək. Toplantıdan sonra komanda ilə görüş keçirilib və qərarlar futbolçulara elan olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu olub
İdman 17:18
İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu olub
Ramil Şeydayev yenidən "Qarabağ"da
İdman 22:13
Ramil Şeydayev yenidən "Qarabağ"da
Mourinyo "Benfika"nın baş məşqçisi təyin olunub
İdman 19:26
Mourinyo "Benfika"nın baş məşqçisi təyin olunub
UEFA Qurban Qurbanovla bağlı paylaşım edib
İdman 20:00
UEFA Qurban Qurbanovla bağlı paylaşım edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 01:54
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Benfika" səfərində qələbə qazanıb - Yenilənib
İdman 00:53
"Qarabağ" "Benfika" səfərində qələbə qazanıb - Yenilənib
“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib
İdman 08:36
“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib
AFFA rəsmisi “Bavariya”-“Çelsi” matçına təyinat alıb
İdman 18:48
AFFA rəsmisi “Bavariya”-“Çelsi” matçına təyinat alıb
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
İdman 12:51
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol