CİNEMA CLUB: 28 Cinemada yeni filmin prezentasiyası keçirilib

18:55 | 13.05.2015
CİNEMA CLUB: 28 Cinemada yeni filmin prezentasiyası keçirilib

CİNEMA CLUB: 28 Cinemada yeni filmin prezentasiyası keçirilib

28 Cinemada Türkiyə istehsalı olan komedi janrında  "Niyazi Gül Dört Nala” filminə baxış keçirildi. Filmin rejissoru  Hakan Algüldür. Filmdə Ata Demirer, Demet Akbağ, Şebnem Bozoklu, Ayşenil Şamlıoğlu, Levent Ülgen, Ferit Kaya da rol alır.
 
Ata Demirer Professor və Baytar Niyazi Gül obrazını canlandırır, uşaqlığından bu yana heyvanlarla arası həmişə yaxşı olan, bütün heyvanların dilindən anlayan bir az qeyri-adi bir elm adamıdır.O, insanların zövqü üçün heyvanlara əziyyət edilməsinə, ovçuluğa, tebii kürk istehlakına qarşıdır. Universitetdə dərsləri həmişə əyləncəli keçən Niyazi Gülün bir də Hədiyyə adında bir işçisi var. Hədiyyə həm Niyazi Gülün bütün  işlərinə kömək edər,  həm də illərini verdiyi gizli düsturu tapması üçün təcrübələrinə kömək edər. İzmirdə öz halında yaşayan Niyazi Gülün təvazökar həyatı Sultan Şahmərdan və Rza Kabakoz'un atlarını yarıştırma iddiası ilə alt-üst olur.
 
Hazırladı: Aynur Məmmədova 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb