Niyə Bakıda internet yoxa çıxdı?

15:17 | 17.04.2018
Niyə Bakıda internet yoxa çıxdı?

Niyə Bakıda internet yoxa çıxdı?

Təxminən 2 saat ərzində Bakının bir neçə rayonlarında internet olmayıb.

Anews.az xəbər verir ki, internet saat 13:05-də işləməyə başlayıb. 

Yerli provayderlər paytaxtda internet problemi olduğu xəbərini təsdiq etsələr də, bunun səbəbini açıqlamaqdan imtina ediblər.

Azərbaycanın İnternet Forumunun rəhbəri Osman Gündüz internetin yoxa çıxma səbəbini belə izah edib:

"Bakıda "AzerTelecom”-dan internet alan bir neçə provayder var. Problemlər məhz orada baş verib. Yaranmış problem qısa müddət ərzində həll olunub. Məhz bu səbəbdən Bakıda bir neçə rayonda internet olmayıb”.

Azərbaycanın Rabitə və Yüksək texnologiyalar Nazirliyindən saytımıza verilən məlumata görə, hazırda internetin ötürülməsində problem yoxdur. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM