Norveç millisinin futbolçusu “Qarabağ”da

09:06 | 02.09.2017
Norveç millisinin futbolçusu “Qarabağ”da

Norveç millisinin futbolçusu “Qarabağ”da

"Qarabağ” yay transfer pəncərəsinin son günündə üçüncü, ümumilikdə isə yeddinci transferini edib. Azərbaycan çempionu Norveç millisinin üzvü Tarik Elyunussini heyətinə qatıb.

Yunanıstanın "Olimpiakos” klubuna məxsus yarımmüdafiəçi bu mövsümü icarə əsasında "Qarabağ”da keçirəcək.

Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir.

28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin "Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın "Hereneven”, Norveçin "Lillström” və "Rusenburq”, Almaniyanın "Hoffenhaym” kimi klublarında çıxış edib.

Ötən ilin yayında isə futbolçu "Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik el Yunussi 9 qolla yadda qalıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb