Novruz Məmmədovdan “Şahdağ”-la bağlı QƏRAR

10:07 | 11.09.2018
Novruz Məmmədovdan “Şahdağ”-la bağlı QƏRAR

Novruz Məmmədovdan “Şahdağ”-la bağlı QƏRAR

Dövlət Turizm Agentliyinin tabeliyində olan "Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti ilə bağlı bəzi məsələlər və Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.

Unikal.org-un məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Dövlət Turizm Agentliyinin tabeliyində olan "Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilir.

Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Turizm Agentliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM