Nurməhəmmədov Meyvezeri döyüşə çağırdı – Video

13:34 | 14.10.2018
Nurməhəmmədov Meyvezeri döyüşə çağırdı – Video

Nurməhəmmədov Meyvezeri döyüşə çağırdı – Video

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov peşəkar amerikalı boksçu Floyd Meyvezerə müraciət ünvanlayıb.
Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, dağıstanlı idmançı boks üzrə sabiq çempionu döyüşə çağırıb.
"İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram: 50-0 27-0-a qarşı. Biz heç zaman uduzmamışıq. Niyə də yox?
Bu cəngəllikdə yalnız bir kral var – o da ki, mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də mən buna asanlıqla nail oldum”, – Nurməhəmmədov deyib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti