Oğlu və gəlini “səs verməyin” dedi, deputatlığa namizəd intihar etdi – Video

14:54 | 22.07.2018
Oğlu və gəlini “səs verməyin” dedi, deputatlığa namizəd intihar etdi – Video

Oğlu və gəlini “səs verməyin” dedi, deputatlığa namizəd intihar etdi – Video

Pakistanda millət vəkilliyinə namizəd intihar edib.
Anews.az Publika.az-a istinadən xəbər verir ki, Mirzə Məhəmməd Əhməd Mughalın intiharına səbəb ailəsindən dəstək görməməsi olub.
Mughal intihardan əvvəl dərc etdiyi videoda bildirib ki, oğlu və gəlini qapı-qapı gəzərək seçicilərdən ona səs verməməsini istəyib. Videonun yayılmasından qısa müddət sonra onun cəsədi yaxınlıqdakı məzarlıqda tapılıb.
Onun namizəd olduğu NA-103 seçki dairəsində seçkilər təxirə salınıb.
Qeyd edək ki, Pakistanda parlament seçkiləri iyulun 25-də keçiriləcək. Mughal həyatını itirən üçüncü namizədir. Digər iki namizəd terror hücumlarında həyatını itirmişdi.

 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb