OPEC neft hasilatının azaldılmasına dair sazişə əməl etdiyinə görə Azərbaycana minnətdardır

12:00 | 23.09.2017
OPEC neft hasilatının azaldılmasına dair sazişə əməl etdiyinə görə Azərbaycana minnətdardır

OPEC neft hasilatının azaldılmasına dair sazişə əməl etdiyinə görə Azərbaycana minnətdardır

OPEC neft hasilatının azaldılmasına dair sazişə əməl etdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdardır.

Trend-in məlumatına görə, bunu Vyanada OPEC Тazirlər Лomitəsinin iclasında qurumun baş katibi Məhəmməd Barkindo deyib.

Onun sözlərinə görə, OPEC-ə üzv olmayan Azərbaycan, Bruney və Sudan kimi ölkələr neft hasilatını azaldıb və bununla da digər ölkələr naminə öz maraqlarını qurban veriblər.

M.Barkindo qeyd edib ki, saziş imzalanan vaxtdan hər bir iştirakçı ölkə tam şəkildə öz öhdəliyini icra etsəydi, bazar artıq balanslaşmış olardı.

Qeyd edək ki, bir müddət əvvəl qurum OPEC-ə üzv olmayan ölkələrin avqusta neft hasilatını azaltmaq planını Qazaxıstan və Azərbaycanın hesabına 118 faiz yerinə yetirdiyini bəyan etmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM