• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Ordu hazır vəziyyətə gətirildi - Müharibə ƏMRİ

Ordu hazır vəziyyətə gətirildi - Müharibə ƏMRİ
06.01.2018 12:55
Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə və raket proqramı ətrafında yaranan gərginlik regionu müharibə həddinə gətirib. Pekin ABŞ-ın regiondakı müttəfiqi Cənubi Koreya ilə keçirdiyi ardıcıl hərbi təlimlərə cavab olaraq müharibəyə hazırlaşdığını bəyan etdi.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin orduya "müharibəyə hazır ol!” əmrini verib və əsgərləri ölümdən qarxmamağa çağırıb.

Hebei vilayətində Çin Xalq Azadlıq Ordusunun mərkəz qərargahında minlərlə əsgər qarşısında çıxış edən dövlət başçısı ordudan gerçək döyüş təlimlərinin keçirilməsini və yüksək texnoloji vasitələrlə bağlı araşdırmaların genişləndirilməsini istəyib. Çin mediası bu bəyanatı "nadir görünən mesaj” kimi qiymətləndiriblər.

Qeyd edək ki, Çin ordusu dünyanın ən böyük hərbi heyətinə malik silahlı qüvvədir. Çin ordusunun şəxsi heyəti 2 milyon nəfər təşkil edir. 2012-ci ildə hakimiyyətə gələn Si Cinpin ölkənin hərbi gücünün artırılmasını strateji hədəf olaraq müəyyənləşdirib. Son olaraq 2017-ci ilin oktyabr ayında 2050-ci ilə kimi "dünya standartlarında bir Çin ordusu”nun yaradılması barədə çağırış edib.

Onu da bildirək ki, Çinə mümkün təhdidlər yalnız Koreya yarımadasından deyil. Pekin Cənubi Çin dənizində də getdikcə daha böyük bölgə üzərində nəzarətə iddia edir. Çin burada Yaponiya, Malayziya, Filippin və Tailand kimi ölkələrlə qarşıdurma vəziyyətindədir. Hindistan isə Himalay bölgəsində ərazi iddiası ilə çıxış edir.
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampdan Maska: Sənin üçün darıxdım...
Dünya 10:50
Trampdan Maska: Sənin üçün darıxdım...
KİV: Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb
Dünya 20:00
KİV: Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb
London, Berlin, Brüssel hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
Dünya 18:30
London, Berlin, Brüssel hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
Özgür Özel yenidən CXP-nin sədri seçilib
Dünya 15:31
Özgür Özel yenidən CXP-nin sədri seçilib
Əhməd əl-Şaraa ABŞ-a səfər edib
Dünya 14:56
Əhməd əl-Şaraa ABŞ-a səfər edib
Türkiyədə fabrikdə yanğın başlayıb
Dünya 10:10
Türkiyədə fabrikdə yanğın başlayıb
Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək
Dünya 09:00
Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib
Dünya 22:30
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib
Tramp Suriya və Ukrayna liderləri ilə görüşməyi planlaşdırır
Dünya 21:29
Tramp Suriya və Ukrayna liderləri ilə görüşməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol