Çoxları buradan yüksəldi, o isə.. – Abel Məhərrəmovu bitirən səbəblər...

15:58 | 19.11.2018
Çoxları buradan yüksəldi, o isə.. – Abel Məhərrəmovu bitirən səbəblər...

Çoxları buradan yüksəldi, o isə.. – Abel Məhərrəmovu bitirən səbəblər...

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun vəzifədən azad edilməsi cəmiyyətin ciddi müzakirə mövzularından biridir. Ömrünü elmə, təhsilə, idarəetməyə həsr etmiş bir alimin acı sonluğu onunla bağlı müzakirələri yəqin hələ uzun müddət gündəmdə saxlayacaq.

Xatırladaq ki, Bakı Dövlət Universiteti ölkənin ən böyük təhsil ocaqlarındandır. 1919-cu ildə əsası qoyulan bu ali məktəbin 20 mindən artıq tələbəsi, minlərlə elmi-pedaqoji işçisi var. Gələn il 100 illiyi qeyd olunacaq BDU-nu bitirənlərin sayı isə yüzminlərlədir.

azxeber.com indiyə qədər Bakı Dövlət Universitetinin rektoru olmuş şəxslərlə bağlı araşdırma aparıb. Öncədən bildirək ki, onların sayı 24-dür və aralarında rektorluqdan Dağıstanın dövlət başçısı, Milli Məclisin sədri, Təhsil naziri, Səhiyyə naziri vəzifəsinə qədər yüksələnlər olub.

BDU-nun ilk rektoru Vasili İvanoviç Razumovski olub. O, 1919-1920-ci illərdə BDU-ya rəhbərlik edib.

II rektor Sergey Nikolayeviç Davidenkov 1920-1923-cü ilərdə bu ali təhsil müəssisəsinə rəhbərlik edib.

III rektor Aleksandr Dmitriyeviç Qulyayev olub. O, 1923-26-cı illərdə BDU-ya rəhbərlik edib. 

IV rektor Tağı Şahbazi Simurq 1926-1929-cu illərdə BDU-nun ilk azərbaycanlı rektoru olub.

V rektor Vladimir Serqeyeviç Yelpatyevski 1929-cu ildə cəmi bir neçə ay bu vəzifədə çalışıb.

VI rektor Maqsud Məmməd oğlu Məmmədov BDU-nun ikinci azərbaycanlı rektoru olub və bir il bu vəzifədə çalışıb.

VII rektor Məmmədkazım Ələkbər oğlu Ələkbərli 1934 -1935-ci illərdə rektor olub.

VIII rektor Balabəy Cabbar oğlu Həsənbəyov 1935–1937-ci illərdə bu ali təhsil müəssisəsinə rəhbərlik edib.

IX rektor Əziz Məmmədkərim oğlu Əliyev 1937-ci ildə BDU-nun rektoru olub. Prezident İlham Əliyevin babasıdır.

X rektor Cəbrayıl Ağaəli oğlu Ələsgərov 1937-1941-ci illərdə BDU-ya rəhbərlik edib.

XI rektor Şamil Rəhim oğlu Əliyev 1941-1944 -ci illərdə bu vəzifəni daşıyıb.

XII rektor Abdulla İsmayıl oğlu Qarayev 1944-1950 -ci illərdə BDU-ya rəhbərlik edib.

XIII rektor Cəfər Xəndan Zeynal oğlu Hacıyev olub. O, 1950-1954 -cü illərdə bu vəzifəni daşıyıb.

1954-1958 -ci illərdə BDU-ya rəhbərlik edən XIV rektor Yusif Heydər oğlu Məmmədəliyev məşhur kimyaçı alim olub.

Paytaxtın məşhur küçələrindən biri 1958-1965-ci illərdə BDU-nun XV rektoru olan Şəfayət Fərhad oğlu Mehdiyevin adını daşıyır.

BDU-nun XVI rektoru Mehdi Sadıq oğlu Əliyev 1965-1970-ci illərdə bu vəzifədə çalışıb.

BDU-nun XVII rektoru Faiq Məmməd oğlu Bağırzadə Abel Məhərrəmovdan sonra BDU-nun ən uzunömürlü rektoru olub.

BDU-nun XVIII rektoru Yəhya Cəfər oğlu Məmmədov 1987-1989-cu illərdə bu postda çalışıb.

BDU-nun XIX rektoru Cəmil Bahadur oğlu Quliyev 1989-1990-cı illərdə bu ali təhsil müəssisəsinə rəhbərlik edib.

BDU-nun XX rektoru Mirabbas Göyçə oğlu Babayev 1990-1992-ci illərdə bu vəzifədə çalışıb və müstəqillik dövrünün ilk rektoru olub.

BDU-nun XXI rektoru Firudin Yusif oğlu Səməndərov 1992-1993-cü illərdə rektor işləyib. Sonradan Hüquq fakültəsinə rəhbərlik edib.

BDU-nun XXII rektoru Murtuz Nəcəf oğlu Ələsgərov 1993-1996-cı illərdə bu vəzifədə çalışıb. Sonradan Milli Məclisin sədri postuna irəli çəkilib.

BDU-nun XXIII rektoru Misir Cümayıl oğlu Mərdanov 1996-1998-cı illərdə rektor olub. Sonradan Təhsil naziri işləyib.

BDU-nun sonuncu və qalmaqallı rektoru Abel Məmmədəli oğlu Məhərrəmov 1999-cu ilin yanvarından bu vəzifədədir. Bundan öncə Kimya fakültəsində dekan işləyən A.Məhərrəmov rektorluğu dövründə AMEA-nın həqiqi üzvü- akademik adını alıb, Milli Məclisin deputatı olub. Sonradan rektorların deputatlığa namizədliyini irəli sürmək ənənəsi ləğv olunandan sonra birincini, yəni rektorluğu üstün tutub. Bəlkə də bunun əksini etsəydi, indi millət vəkili idi. Bəlkə də... Bəlkələr çoxdur. Görünən odur ki, onun vəzifədən azad edilməsi sıradan işdən azad edilmə yox, onu bitirən səbəb oldu.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb