Paralimpiya çempionu vəzifəyə təyin edildi

12:39 | 20.08.2018
Paralimpiya çempionu vəzifəyə təyin edildi

Paralimpiya çempionu vəzifəyə təyin edildi

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə Regionlarda Paralimpiya hərəkatının sürətli inkişafını və seleksiya işlərinin aparılmasını təmin etmək, həmçinin paralimpiya dəyərlərinin cəmiyyət arasında təbliğini gücləndirmək məqsədi ilə Gəncə şəhərində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Gəncə regional bölməsi yaradılıb.
 
AzVision.az-ın məlumatına görə, bölmə Gəncə şəhəri də daxil olmaqla Göygöl, Samux, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında fəaliyyət göstərəcəkdir.

Paralimpiya çempionu Ramil Qasımov ictimai əsaslarla Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Gəncə regional bölməsinin müdiri vəzifəsinə təyin edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM