Korrupsiya haqda hər gün daxil olan məlumatlar şok yaradır.
Virtualaz.org "Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"Mən heyrətdəyəm. Əvvəllər özümü, məsələni şişirtməmək üçün, kəskin tənqidlə məhdudlaşdırırdım, amma bu gün mən korrupsiyanın həcmilə bağlı sadəcə, şoka düşmüşəm. Bu sadəcə təsəvvür olunmayan haldır", - Paşinyan bildirib.
Erməni baş nazirinin sözlərinə görə, korrupsiya haqqında hətta ən kəskin çıxışı belə, ölkədə onun real miqyasları ilə müqayisədə gülməli görünəcək.
Onun sözlərinə görə, hər şey o qədər pisdir ki, artıq əsəblər dözmür.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !