Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəlişindən bəri ikinci dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. Paşinyanın Qarabağa hansı məqsədlə gəldiyi açıqlanmır. Amma virtualaz.org ehtimal edir ki, bunun iki əsas səbəbi ola bilər-Dağlıq Qarabağdakı hərbi-polis rejiminin üzləşdiyi siyasi böhran və Bako Saakyanın istefaya məcbur edilməsinə aparan proseslər; erməni tərəfinin günlərdir Azərbaycanın təmas xəttinin Ağdam və Füzuli istiqamətlərinə "iri qoşun qruplaşması cəmləşdirməsi” ətrafında yaranmış panik vəziyyət.
Erməniyönümlü rusiyalı hərbi ekspert, ənənəvi olaraq Azərbaycana qarşı Rusiya erməni çevrələrinin təbliğat aləti kimi istifadə olunan, MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev "rusarminfo” portalına növbəti açıqlamasında deyir ki, Nikol Paşinyan qeyri-standart siyasətçidir və hələlik onun Qarabağ istiqamətində hansı addım atacağını təxmin etmək çətindir.
Rusiyalı ekspertin fikrincə Paşinyan Serj Sərkisyanın qərar vermədiyi bu addımı atmağa qadirdir və onun bütün məsuliyyəti indidən Xankəndinin üzərinə atması ən təhlükəli inkişaf ssenarisidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !