Paşinyan II Qaregini istefaya göndərir

23:27 | 20.09.2018
Bütün ermənilərin katolikosu II Qareginlə Paşinyan hökuməti arasında patriarxın könüllü olaraq vəzifəsini tərk etməsi barədə razılıq əldə olunub.

AzVision.az xəbər verir ki, bu barədə "Joğovurd' qəzeti məlumat yayıb. II Qareginin xəstə olduğu, bu səbəbdən vəzifədən gedəcəyi vurğulanıb.

"Katolikos xəstəlik səbəbilə vəzifəsindən gedəcək. Onun səhhətində problemlər var", - deyə qəzet yazıb.

Qəzetin əməkdaşı məlumatı dəqiqləşdirmək üçün erməni kilsəsinin informasiya mərkəzinin direktoru Vahram Məlikyana müraciət edib. O, suala cavab verməkdən boyun qaçırıb.

Qeyd edək ki, İrəvanda bir neçə dəfə II Qareginə qarşı etiraz aksiyası keçirilib, onun istefası tələb olunub.

www.anews.az

Xəbər lenti