Paşinyan müharibədən danışdı

14:43 | 20.07.2018
Paşinyan müharibədən danışdı

Paşinyan müharibədən danışdı

"Rusiyanın Dağlıq Qarabağda müharibənin başlanmasına imkan verməmək üçün imkanları mövcuddur”. 

AzVision.az xəbər veirr ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müharibənin yenidən başlanması təhlükəsi regionda həmişə mövcuddur və rəsmi İrəvan hadisələrin belə inkişafına hazır olmalıdır: "Amma, Rusiyadan söhbət düşmüşkən demək istəyirəm ki, Rusiyanın böyük dövlət olaraq hərbi əməliyyatların yenidən başlanmasına yol verməmək imkanları var. Və mən inanmıram ki, Ermənistan üçün dost, strateji tərəfdaş olan Rusiya müharibənin başlamaması üçün Azərbaycana təzyiq göstərmək üçün öz imkanlarından istifadə etməyəcək”.

Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Qarabağ münaqişəsi üzrə danışıqlara hazır olduğunun da bəyan edib.”Mən Azərbaycan prezidenti ilə danışıqlara hazıram. Danışıqlar üçün aparılan sənədlərlə tanış olmaq və onları analiz etmək lazımdır. Müzakirələr üçün əsaslar var. Etimad mühitinin olması vacibdir, əks halda münaqişənin həlli mümkün deyil”.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb