Paşinyanı hakimiyyətə gətirmiş köhnə azərbaycanlı

12:22 | 21.06.2018
Paşinyanı hakimiyyətə gətirmiş köhnə azərbaycanlı

Paşinyanı hakimiyyətə gətirmiş köhnə azərbaycanlı

Moskvadan İrəvan üçün verilən açıqlama şok yartdı

Rusiyanın "Polit Analiz” ekspertləri qrupu gözlənilməz nəticəyə gəlib. Onlar hesabat yazıb iddia edirlər ki, Paşinyan inqilabı Azərbaycanın köhnə vətəndaşı, Ermənistanın köhnə prezidenti və köhnə baş naziri Serj Sarkisyan tərəfindən uğurla hazırlanıb və idarə edilib.

Keçmiş baş nazir ona bağlı olan oliqarxların vasitəsi ilə Paşiyanın bütün siyasi əməllərini maliyyələşdirib və müxalifətin tək və təkrarsız lideri obrazını yaradıb. Məhz Sarkisyanın göstərişi ilə hüquq-mühafizə orqanlarına qayda yaradılması üçün güc tətbiqi qadağan edilibmiş. Xüsusi olaraq Paşiyan bir gün həbs olunub ki, imici yaxşılaşdırılsın və ona həqiqi, qorxmaz inqilabı lideri obrazı verilsin.

Ekspertlərin fikrincə, bu cür əməliyyat Serj Sarkisyana ona görə lazım olub ki, yığılmış sosial-iqtisadi problemləri müvəqqəti hökümətə yükləsin və xalqın gözündə , o cümlədən Qarabağ münaqişəsi üzrə məsuliyyətdən qaçsın.

Sarkisyan həm də beynəlxalq təzyiqlərdən qaçıb. Ekspertlərin deydiyinə görə, ABŞ və Avropa Bbirliyi  2017-ci ildə Sarkisyana Qarabağ məsələsi ilə bağlı təzyiqləri artırıblar. Sarkisyan həm də güzəştsiz olduğuna görə, Kremlin əsəbi reaksiyasını da hiss edirdi. 

Rusiya ekspertləri sübut kimi yeni hakimiyyətdə əsas yerləri Sarkisyana sadiq adamların tutmasını göstərirlər. Bu, Milli Təhlükəsizlik Xidmətinin, polisin rəhbərləridir. Müdafiə Nazirliyinin rəhbəri də Sarkisyanın yaxın dostudur. Qalan nazirlər təcrübəsiz və səriştəsizdir, xalq arasında heç bir nüfuzları yoxdur.

Sənədin müəllifləri yazır ki, Ermənistanda hadisələrin sonrakı inkişafı Qarabağ məsələsi ilə bağlı olacaq və bölgə yenidən qaynar nöqtəyə çevriləcək. İrana qarşı mübarizə və Rusiyanın Cənubi Qafqazda rolunun azaldılması çərivəsində bu respublikada ABŞ-ın rolunun artırılması da planlaşdırılır. 

Ekspertlər Rusiya rəhbərliyi üçün çox sayda tövsiyyələr verirlər. Burada  həm də ikitərfli iqtisadi münasibətlərə yenidən baxılması, həmçinin Rusiya kreditlərinin və yardımlarınnı azaldılması nəzərdə tutulur. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb