Paşinyanın kökü Azərbaycandan çıxdı - ŞOK SƏNƏDLƏR TAPILDI +FOTOFAKT

19:01 | 03.10.2018
Paşinyanın kökü Azərbaycandan çıxdı - ŞOK SƏNƏDLƏR TAPILDI +FOTOFAKT

Paşinyanın kökü Azərbaycandan çıxdı - ŞOK SƏNƏDLƏR TAPILDI +FOTOFAKT

 Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycanla bağlayan tellər tapılıb.

Anews.az  modern.az-a istinadən xəbər verir ki, Böyük Vətən Müharibəsi ilə bağlı arxiv sənədlərində baş nazirin babasının qardaşı Sarkis Saribekoviç Paşinyanın adına rast gəlinib.

1919-cu ildə İcevan rayonunun Sevkar kəndində anadan olan Sarkis Paşinyan kiçik leytenant rütbəsində SSRİ-nin 16-cı Hərbi Hava Qüvvələrinin 237-ci qırıcı aviasiya alayında pilot kimi xidmət edib. Sovet arxivlərindəki məlumatlara əsasən, 1941-ci ilin avqustunda Tambov şəhər sakini Aleksandra Nikolaevna ilə ailə həyatı quran erməni pilot 1942-ci il noyabrın 10-da döyüş tapşırığından geri qayıtmayıb.

Bu zaman onun ailəsinin Azərbaycanın Qazax rayonu ərazisində məskunlaşdığı məlum olub.

Başqa arxiv sənədində isə Sarkis Paşinyanın 1945-ci il iyulun 10-da alman əsirliyindən azad edildiyi və 14-cü ehtiyat atıcı diviziyasında müvafiq yoxlamadan keçdikdən sonra 1946-cı il noyabrın 30-da mülki həyata buraxıldığı qeyd olunub. Həmin yoxlamaların Paşinyanın əsirlikdə olarkən almanlarla əməkdaşlıq etməsi ehtimalı üzərindən aparıldığı qeyd olunur.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM