Pediatrdan xəbərdarlıq: Uşaqlara bu paltarları almayın

11:18 | 06.08.2018
Pediatrdan xəbərdarlıq: Uşaqlara bu paltarları almayın

Pediatrdan xəbərdarlıq: Uşaqlara bu paltarları almayın

Düzgün seçilməyən, gigiyenik tələblərə cavab verməyən materialdan tikilmiş geyimlər uşaqlarda müxtəlif dəri xəstəlikləri, soyuqdəymə xəstəliklərinə meyillilik yaradacaq.

Axar.az xəbər verir ki, bu barədə tanınmış pediatr Vaqif Qarayev qeyd edib.

O bildirib ki, məktəbli formaları yun, pambıq parçadan tikilməlidir və ya materialın tərkibində ən azı 50-60 faiz yun, pambıq olmalıdır:

"Geyim uşaqları ətraf mühitin zərərli təsirindən, dərinin mexaniki zədələnməsindən və digər təhlükələrdən qoruyur. Belə geyimlər hiqroskopik(rütubəti udma) və yüksək havakeçirmə qabiliyyətinə malik olurlar. Yəni bədən temperaturu stabil qalır.
Sintetik materialdan forma geyinmək düzgün deyil. Bu material hava keçirmir, bədən daim tərli olur. Ona görə tez-tez soyuqdəymələr olur. Bundan başqa dəridə allergik problemlər də qaçılmaz olur. Xüsusən sintetik köynəklər qəti qadağandır.
Geyimin rəngi parlaq olmamalıdır. Çünki görməyə pis təsir edəcək. Həmçinin dar və ya həddindən artıq geniş (sallaq) olmamalıdır. Rəngi də yuyulmaya davamlı olmalıdır. Yəni yuyulduqca solmamalıdır. Bu materiallardan tikilmiş geyimlər baha olur. Amma sağlamlığa zəmanət verir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM