Pensiya və maaşlar artırılacaq?

15:54 | 13.06.2018
Pensiya və maaşlar artırılacaq?

Pensiya və maaşlar artırılacaq?

Azərbaycanda 2018-ci il dövlət büdcəsində pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları üçün ayrılan vəsaitin məbləği artırılır.

Anews.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Qeyd olunur ki, pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının cari ilin mart ayının 1-dən orta hesabla 10 faiz artırılması və digər sosial tədbirlərin maliyyə təminatı üçün təsdiq  edilmiş dövlət büdcəsində nəzərdə tutulmuş 384 milyon manatla yanaşı, 2018-ci ilin yenidən  baxılacaq dövlət büdcəsinin xərclərindən əlavə olaraq 128 milyon manat vəsait yönəldiləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti