Pentaqon “Tramp divarı”nın inşasını maliyyələşdirəcək

14:22 | 26.03.2019
Pentaqon “Tramp divarı”nın inşasını maliyyələşdirəcək

Pentaqon “Tramp divarı”nın inşasını maliyyələşdirəcək

Pentaqon Meksika-ABŞ sərhədində divarın inşası üçün ABŞ prezidenti Donald Trampın administrasiyasına bir milyard dollar vəsait ayırmağa hazırdır.
Bu haqda CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, Müdafiə Nazirliyi bu niyyəti haqda artıq ABŞ konqresini də məlumatlandırıb.

Qeyd olunur ki, bu vəsait sərhəd divarının 90 km-dən çox hissəsinin inşasına kifayət edəcək.

Həmçinin, ayrılacaq vəsaitin bir hissəsi sərhədyanı infrastrukturun yaxşılaşdırılmasına yönələcək.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti