Polisdən “Qarabağ”ın oyunu ilə bağlı - Xəbərdarlıq

18:06 | 25.09.2017
Polisdən “Qarabağ”ın oyunu ilə bağlı - Xəbərdarlıq

Polisdən “Qarabağ”ın oyunu ilə bağlı - Xəbərdarlıq

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi  "Qarabağ” – "Roma” oyunu ilə əhaliyə müraciət edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, sentyabrın 27-də keçiriləcək "Qarabağ” – "Roma” oyunu ilə əlaqədar olaraq, Bakı Olimpiya Stadionu ətrafında təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Həmin gün futbolu izləməyə xeyli sayda azarkeşin gələcəyi nəzərə alınaraq, stadion ərazisinə şəxsi avtomobillər buraxılmayacaq. Azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat çatmalarının alternativi olaraq metronun "Gənclik” və "Qara Qarayev” stansiyalarının yaxınlığından stadion istiqamətinə xüsusi avtobuslar pulsuz xidmət göstərəcəklər.

Buna görə də, stadion ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün azarkeşlərdən yarışın keçiriləcəyi Bakı Olimpiya Stadionuna ictimai nəqliyyatdan istifadə etməklə gəlmələri xahiş olunur. 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb