Polislərin ordenləri övladlarına təqdim edildi

00:37 | 15.07.2018
Polislərin ordenləri övladlarına təqdim edildi

Polislərin ordenləri övladlarına təqdim edildi

Daxili İşlər Nazirliyində Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə bir qrup polis əməkdaşının və iyulun 10-da Gəncədə ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş iki polis zabitinin (ölümündən sonra) təltif edildikləri dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.

"Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, əvvəlcə nazir Ramil Usubov xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş iki zabitin - İlqar Balakişiyevin və Səməd Abbasovun təltif edildikləri "Azərbaycan Bayrağı” ordenlərini Prezident İlham Əliyevin tapşırığına əsasən mərhumların övladlarına təqdim edib, onlara atalarının qəhrəmanlıq yolunu gələcəkdə davam etdirməyi, Vətənə layiqli övlad kimi yetişmələrini arzulayıb.

Sonra Azərbaycan Polisinin 100 illik yubileyi ərəfəsində dövlət başçısının təltif  etdiyi bir qrup əməkdaşa yüksək mükafatlar təqdim edilib.

Nazir Azərbaycan Polisinin qarşıya qoyulmuş istənilən vəzifənin öhdəsindən bundan sonra da layiqincə gələcəyinə əminliyini bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb