Prezident: "Silah ixracı Azərbaycana valyuta gətirir"

18:20 | 17.04.2017
Prezident:

Prezident: "Silah ixracı Azərbaycana valyuta gətirir"

"Yeni bazarlara çıxış əldə etmək üçün xarici bazarlar geniş təhlil edilməli, ənənəvi bazarlarda isə mövqelərimiz möhkəmləndirilməlidir. Bunun üçün isə logistika mərkəzlərinin yaradılması xüsusi əhəmiyyətə malikdir”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.
 
İ. Əliyev qablaşdırma sənayesinin inkişaf etdirilməsi, ölkəmizdə yaradılan böyük müəssisələrdə istehsal edilən xammaldan geniş istifadənin vacibliyini diqqətə çatdırıb. O, neft və qazla yanaşı, qızıl, gümüş yataqlarımızın mövcudluğunu, Daşkəsən dəmir filizi yatağının işləməsinin gündəmdə duran məsələlərdən biri olduğunu vurğulayıb. Yeni ixrac istiqamətləri arasında hərbi texnikanın ixracını vurğulayan prezident silah ticarətinin artıq ölkəyə böyük həcmdə valyuta gətirdiyini qeyd edib, xarici mediada reklam kampaniyalarına başlanmasının zəruriliyini söyləyib. 
 
Meyvə-tərəvəz məhsullarının, xalçaçılığın, heyvandarlığın, balıqçılığın, mineral suları sahəsinin inkişafından, şərab zavodlarının tam gücü ilə fəaliyyət göstərməsindən, yun tədarükü üçün fabrikin yaradılmasının vacibliyindən danışan prezident bildirib ki, emal müəssisələri, yeni konserv zavodları yaradılmalıdır. 
 
Dövlət başçısı sonda bir daha sahibkarları bu imkanlardan səmərəli istifadə edib, ölkəmizə daha böyük fayda gətirməli olduqlarını diqqətə çatdırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb