Prezident: “Manatın məzənnəsinin sabit saxlanılması təkcə hökumətdən asılı deyil”

16:52 | 18.01.2016
Prezident: “Manatın məzənnəsinin sabit saxlanılması təkcə hökumətdən asılı deyil”

Prezident: “Manatın məzənnəsinin sabit saxlanılması təkcə hökumətdən asılı deyil”

"Hazırda ölkədə müşahidə olunan dollarlaşma prosesinin heç bir iqtisadi əhəmiyyəti yoxdur”

 "Hazırda ölkədə müşahidə olunan dollarlaşma prosesinin heç bir iqtisadi əhəmiyyəti yoxdur”.
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə deyib.
 
Dövlət başçısı bildirib ki, manatın məzənnəsinin sabit saxlanılması təkcə hökumətdən asılı deyil: "Bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxılır. Problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı tədbirlərin görülməsi vacibdir. Bu kimi tədbirlər milli valyutaya olan inamı artıracaq”.
 
Prezident İlham Əliyev bildirib ki, ölkəmizin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq, xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM